UEFA Azərbaycan klublarına pul ödədi - SİYAHI

UEFA Azərbaycan klublarına pul ödədi - SİYAHI
İdman 146

UEFA Millətlər Liqasının 2018/2019-cu il mövsümündə və AVRO-2020-nin seçmə mərhələsində futbolçuları A milli komandaların heyətinə cəlb olunmuş klublar üçün 1 milyon 137 min 773.20 avro ayrılıb.

BAKU.WS AFFA-ya istinadən xəbər verir ki, UEFA tərəfindən ayrılmış pul vəsaiti AFFA-nın vasitəsilə aşağıdakı siyahıda göstərilmiş klubların hesabına köçürülüb:

“Qarabağ” - 436,696.69 avro

“Neftçi” - 210,117.58 avro

“Səbail” - 172,144.67 avro

“Sabah” - 88,895.90 avro

“Qəbələ” - 80,514.21 avro

“Sumqayıt” - 64,651.56 avro

"Zirə” - 47,870.83 avro

“Keşlə” - 36,881.76 avro

Qeyd edək ki, “Keşlə” Klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər