UEFA Avropa Liqası: "Qarabağ" məğlub oldu
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin "Malmö" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:2.
***21:51
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyununda növbəti qol vurulub.
"Malmö" hesabda önə keçməyi bacarıb - 1:2.
***21:04
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyununda hesab bərabərləşib.
19-cu dəqiqədə qonaqlar hesabı Erik Botheymin qolu sayəsində bərabərləşdirir - 1:1.
***21:00
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyununda hesab açılıb.
"Qarabağ" hesabda önə keçməyi bacarıb.
15-ci dəqiqədə Juninyo hesabı açdı - 1:0.
***20:45
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyunu start götürüb.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...