Tuxel "Bayern"dən gedir
"Bayern"nin baş məşqçisi Tomas Tuxel 2023/24 mövsümünün sonunda klubdan ayrılmasını şərh edib.
BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.
"Bu mövsümün sonunda iş münasibətimizə son qoyacağımız barədə razılığa gəldik. O vaxta qədər, əlbəttə ki, maksimum uğur qazanmaq üçün məşqçilər korpusumla birlikdə əlimdən gələni etməyə davam edəcəyəm", - mütəxəssis bildirib.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2023-cü ilin martında "Bayern"nin sükanı arxasına keçib.
Komanda hazırda 22 oyundan 50 xalla Bundesliqanın turnir cədvəlində ikinci yerdədir.
Münhen komandası lider "Bayer Leverkuzen"dən 8 xal geri qalır.
Oxşar xəbərlər
“Qarabağ”ın rəqibi məşqçisi ilə müqaviləni yenilədi: “Real Madrid”ə özəl maddə əlavə etdi
Avroliqanın qrup mərhələsində “Qarabağ”a rəqib olan “Bayer Leverkuzen” baş məşqçisi Xabi Alonso ilə müqaviləni 2026-cı ilə qədər uzadıb. BAKU.WS xəbər verir ki...