Türkiyə nəhəngləri üz-üzə - "Fənərbağça" bu mövsüm ilk yaşamaq istəyir

Türkiyə Kubokunun 1/4 final matçında "Fənərbağça" sabah "Qalatasaray"ı qəbul edəcək.
BAKU.WS xəbər verir ki, baş hakim Cihan Aydının idarə edəcəyi qarşılaşmada köməkçi hakim funksiyasını Deniz Caner Özaral və Volkan Ahmet Narınç yerinə yetirəcək.
Belə ki, "Kasımpaşa", "Ərzurumspor" FK və "Qaziantep" FK ilə qarşılaşmalarda qalib gələrək B qrupunu lider olaraq tamamlayan "Fənərbağça", 1/4 final matçlarında lider olub.
Sabah oynanacaq matçda qalib gələn komanda yarımfinalda "Konyaspor" - "İskenderunspor" matçının qalibi ilə qarşılaşacaq.
"Fənərbağça" - "Qalatasaray" derbisi ərəfəsində zədələrini sağaldan Fred, Çağlar Söyüncü və Dieqo Karlos artıq oynamağa hazırdır.
Mövsümün əvvəlindən zədəli olduğu üçün tam heyətlə meydana çıxa bilməyən Joze Mourinyonun komandasında "Qalatasaray" derbisi öncəsi əskik futbolçu yoxdur.
14 əcnəbi futbolçunun hazır olduğu komandada 2 əcnəbi futbolçu statusuna görə heyətə düşə bilməyəcək.
"Fənərbağça" bu mövsüm derbi matçlarında uğursuz olub.
"Sarı-göylər" liqada evdə "Qalatasaray"a 3:1 hesabı ilə uduzub, səfərdə 0:0 hesablı heç-heçə edib.
Mourinyonun komandası həmçinin liqanın ilk yarısında səfərdə "Beşiktaş"a 1:0 hesabı ilə uduzub.
"Sarı-göylər" Ali Koçun prezidentliyi dövründə Türkiyə Kubokunda ilk dəfə derbi matçına çıxacaq.
Xatırladaq ki, "Fənərbağça"nın stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
"Qarabağ"ın hücumçusu klubdan ayrılır - SƏBƏB
"Qarabağ" mövsümün sonunda yollarını ayıracağı ilk futbolçunu müəyyənləşdirib. BAKU.WS Futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Redon...
