Türkiyə millisinin baş məşqçisi qovuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə milli futbol komandasının baş məşqçisi Stefan Kunts istefaya göndərilib.
BAKU.WS xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Türkiyə Futbol Federasiyası rəhbərliyi alman məşqçiyə zəng edərək qovulduğunu bildirib.
Müvafiq qərar ay-ulduzlu komandanın AVRO-2024-ün seçmə mərhələsinin D qrupunun 5-ci oyununda evdə Ermənistanla 1:1 hesablı heç-heçə etməsindən və yoldaşlıq görüşündə Yaponiyaya 4:2 hesabı ilə uduzmasından sonra verilib.
Qeyd edək ki, Kunts milli komandanın rəhbəri kimi çıxış etdiyi 20 matçda 12 qələbə, 3 heç-heçə və 5 məğlubiyyətlə orta hesabla 1,95 xal əldə edib.
Oxşar xəbərlər
AVRO-2024: Azərbaycan millisi Bakıda Belçika yığmasına məğlub olub - YENİLƏNİB
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində dördüncü oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Belçikanı qəbul...