Türk güləşçi ermənini məğlub edib Azərbaycan bayrağı qaldırdı (VİDEO)

Türk güləşçi ermənini məğlub edib Azərbaycan bayrağı qaldırdı (VİDEO)
Video
İdman 15666

 

Almaniyanın Dortmund şəhərində təşkil edilən Avropa Gənclər üzrə Güləş Çempionatında mübarizədə türk güləşçi Cemal Mutlu erməni güləşçi üzərində qələbə qazanıb.

BAKU.WS-in məlumatına görə, 50 kiloda döşəyə çıxan güləşçi bürünc medal uğrunda görüşdə erməni rəqibi Aşot Mxıtaryanı 10-2 hesabı ilə məğlub edib. Türk idmançı bu qələbə ilə bürünc medalı ölkəsinə qazandırıb.

Camal görüşdən sonra döşəkdə Türkiyə bayrağıyla birlikdə Azərbaycan bayrağını da dalgalandırıb.

Avropa Gənclər üzrə Güləş Çempionatında Türkiyə komanda olaraq 38 komanda arasından 51 xal toplayaraq Avropa üçüncüsü olub. 68 xalla Rusiya ikinci, 71 xal toplayan Gürcüstan komandası isə birinci olub.

Şahin

BAKU.WS

Oxşar xəbərlər

Rəsul Çunayev Riodan medalla qayıdır

Rəsul Çunayev Riodan medalla qayıdır

XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında Azərbaycanı təmsil edən Rəsul Çunayev (66 kq) avqustun 16-da bürünc medal uğrunda mübarizədə Koreya...

2492 İdman 08:18 17 avqust 2016

Son xəbərlər