Türk futbolçu meydanın kənarında oruc açdı, qalmaqal yaşandı - VİDEO

Türk futbolçu meydanın kənarında oruc açdı, qalmaqal yaşandı - VİDEO
Video
İdman 351

"Feyenoord"da çıxış edən Türkiyə millisinin üzvü Orkun Kökçü Niderland kubokunda matç zamanı meydanın kənarında oruc açıb.

BAKU.WS xəbər verir ki, qarşılaşma zamanı Kökçü ilə “Ayaks”ın kapitanı Duşan Tadiç arasında gərginlik yaşanıb.

Buna səbəb isə Tadiçin mübahisə zamanı Kökçüyə meydanın kənarında iftar etməsini xatırlatması olub.

Futbolçular arasında gərginliyə hakim və digər oyunçular müdaxilə edib.

Görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər