"Turan Tovuz" "Kəpəz"ə qalib gəlib

Turan Tovuz Kəpəzə qalib gəlib
İdman 33

Misli Premyer Liqasının VI turunda "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib.

BAKU.WS xəbər verir ki, "Azərsun Arena"da keçirilən matç birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.

Qolları Aleks Souza (32) Joarlem Santos (36) və Filip Ozobiç (46) vurublar.

"Turan Tovuz" xallarının sayını 12-yə çatdırıb. Gəncə klubu isə xalsızdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Zirə" (1:1) ilə, "Şamaxı" "Araz-Naxçıvan"la (1:1), "Neftçi" isə "Karvan-Yevlax"la (0:0) heç-heçə edib. "Qarabağ" "Qəbələ"ni 2:0 hesabı ilə üstələyib.

Son xəbərlər