"Trabzonspor" klubunun səhmləri Səudiyyəyə satıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Trabzonspor" klubunun səhmləri Səudiyyə Ərəbistanı mənşəli bir fonda satıla bilər.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, eyni zamanda "Bordo-mavilər" "Qatar Airways" şirkəti ilə sponsorluq üçün danışıqlar aparır.
"Trabzonspor"un prezidenti Ərtoğrul Doğanın son günlər etdiyi "xarici investor" açıqlamasının təfərrüatları ortaya çıxıb.
Məlumata görə, "Bordo-mavili" komandanın formasının arxası üçün sponsoru "Qatar Airways" olacaq və şirkət 4 il üçün 16 milyon avro ödəyəcək.
O da qeyd edilib ki, Səudiyyə Ərəbistanından olan bir fond klubun səhmlərini almaq istəyir. Səhm satış məzənnəsi ilə bağlı danışıqlar aparılıb.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...