Tokio-2020: Azərbaycan paralimpiyaçıları 5-ci medalı qazanıb
27
avq
2021
14:13
Azərbaycan paracüdoçusu Namiq Abbaslı Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
BAKU.WS xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada ukraynalı David Xorava ilə üz-üzə gəlib.
Rəqibini vazari xalı ilə üstələyən Abbaslı bürünc medal qazanıb.
Qeyd edək ki, bu gün digər paracüdoçular Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub. Daha əvvəl Azərbaycan komandasında pauerliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Tokio-2020: Azərbaycanın iki paracüdoçusu finala yüksəlib - FOTO
Azərbaycanın iki paracüdoçusu Tokio-2020 Yay Paralimpiya Oyunlarında finala yüksəlib. BAKU.WS xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən Şəhanə Hacıyeva...