Tokio-2020: Azərbaycan komandasının bayraqdarı açıqlandı
25
iyn
2021
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib. Hüseynzadə bildirib ki, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı cüdoçu Rüstəm Orucov yerinə yetirəcək.
O, əvvəlki Oyunlarda bayraqdarın son olimpiadanın qızıl mükafatçısının olduğunu xatırladıb: "Təəssüf ki, Rio-2016-nın qalibi, taekvondoçu Radik İsayev Tokio olimpiadasına lisenziya əldə edə bilmədi".
Oxşar xəbərlər
Tokio-2020 Olimpiadasında gender bərabərliyi: Ölkələrin iki bayraqdarı olacaq
Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının Tokio-2020 Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən iki bayraqdarın olması haqda qərarını Azərbay...