Tokio-2020: Azərbaycan boksçusu 1/4 finala vəsiqə qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan Alfonso Dominges ilk görüşündə özbəkistanlı Dilşodbek Ruzmetovla qarşılaşıb.
Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges 1/4 finala yüksəlib. Onun bu raunddakı rəqibi türkiyəli Bayram Malkan olacaq. Döyüş iyulun 30-da baş tutacaq.
Qeyd edək ki, Azərbaycan boksçularından daha əvvəl Cavid Çələbiyev (63 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/8 finala vəsiqə qazanıb. Tayfur Əliyev (57 kq) və Lorenzo Sotomayor (69 kq) isə mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Tokio-2020: Azərbaycan boksçusu 1/8 finala yüksəlib
Azərbaycan yığmasının daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, boks millimizi...