Tofiq Musayev: "Kiminləsə döyüşdən imtinanı özümə yaraşdırmıram"
Yeniliklərdən dərhal xəbərdar olun
"Orolbay ilə döyüşmək istəməməyimlə bağlı deyilənlər yalandır. Mənim karyeramda elə bir şey olmayıb ki, kiminləsə döyüşdən imtina edim".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev Bakıda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Azərbaycanlı idmançı qeyd edib ki, o, kiminləsə döyüşdən imtinanı özünə yaraşdırmır.
Qeyd edək ki, Tofiq Musayev iyunun 21-də "UFC Baku Fight Night"da debüt edəcək.
35 yaşlı idmançımız "Bakı Kristal Zalı"nda keçirilən UFC gecəsində qırğızıstanlı Mıktıbek Orolbay ilə qarşılaşacaq.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...