"Tobol"un erməni baş məşqçisi Emil Balayevdən danışdı

Tobolun erməni baş məşqçisi Emil Balayevdən danışdı
İdman 592

Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” qış fasiləsində ilk yoxlama oyununu keçirib.

BAKU.WS "qol.az"a istinadən xəbər verir ki, Qazaxıstan təmsilçisi Slovakiyanın “Jilina” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə sona çatıb. Emil Balayev oyunun iştirakçısı olmayıb.

Komandanın erməni baş məşqçisi Qriqori Babayan matçdan sonra klubun saytına verdiyi müsahibəsində Balayevin oynamamasının səbəbini açıqlayıb: “Belə rəqiblərlə oynamaq hər zaman yaxşıdır. Ancaq bilirsiniz ki, biz hələ tam hazır deyilik. Azat Narquliyev və Nikita Boçarov əməliyyatdan sonra tam sağalmayıblar. Emil Balayevin isə planlaşdırılmış reabilitasiyası dönəmi hələ də davam edir. Bizə qoşulan oyunçular hələ hazır deyillər”.

Xatırladaq ki, Babayanın “Tobol”a baş məşqçi təyin olunmasından sonra Balayevin komandadan ayrılacağı haqda xəbərlər yayılmışdı.

Oxşar xəbərlər

"Qarabağ" "Siqma"ya məğlub olub

"Qarabağ" "Siqma"ya məğlub olub

Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu bu gün 3-cü yoxlama oyununu keçirib. BAKU.WS xəbər verir ki, Azərbaycan çempionu günün ilk matçın...

669 İdman 15:31 25 yanvar 2020

Son xəbərlər