Türk klubu "azərbaycanlı Buffon" üçün hərəkətə keçdi - 600 min avro
28
iyn
2018
16:20
İllər sonra Türkiyə Super Liqasına qayıdan "Erzurumspor" transfer işlərinə başlayıb. BAKU.WS-in məlumatına görə, heyəti sıfırdan formalaşdırmağa çalışan Ərzurum klubu italiyalıların da diqqətini çəkən gənc qapıçı Emil Balayevlə maraqlanır. "Azərbaycanlı Buffon" adı ilə tanınan Emil Balayevin transfer xərclərinin az olması türk klubunun iştahını daha da artırıb. 24 yaşı olan perspektivli qapıçının transferi üçün 600 min avro ödənilməlidir. "Səbail" klubu ilə yollarını ayırmaq qərarı verən gənc qapıçı Azərbaycan milli komandasının aşağı yaş qruplarında çıxış edir. AbbasBAKU.WS
Oxşar xəbərlər
“Qarabağ” italiyalı qapıçını transfer etməyə hazırlaşır
“Qarabağ” futbol klubu qapıçı transferinə hazırlaşır. Apasport.az saytının məlumatına görə, ağdamlılar axtardığı “çərçivə qoruyucusu”nu İtaliyada tapıb.Bu barəd...