TFF prezidenti Mehmet Büyükekşi istefa verib?
Səudiyyə Ərəbistanında oynanılması planlaşdırılan, yerli hakimiyyətin arenada Atatürk pankartları, köynəkləri və İstiqlal Marşını (Türkiyənin dövlət himni - red.) qadağan etməsindən sonra ləğv olunan matçdan sonra Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşinin istefa verəcəyi ilə bağlı iddialar yayılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mehmet Büyükekşinin istefaya hazırlaşdığı xəbərləri təkzib edilib.
Məsələ ilə bağlı Federasiyadan açıqlama verilib.
TFF rəsmiləri iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Daha sonra Mehmet Büyükekşinin otağına çəkildiyi və sağlamlığında problemlər olduğu bildirilib.
Hazırda onun səhhətinin yaxşı olduğu deyilir.
Oxşar xəbərlər
Ərəbistanda keçirilən Türkiyə derbisində İstiqlal marşı səslənəcək - TFF açıqlama yaydı - YENİLƏNİB
Bu gün Səudiyyə Ərəbistanında keçiriləcək Türkiyə Super Kubokunun final matçı İstiqlal marşının səsləndikdən sonra start götürəcək. Bu barədə Türkiyə Futbol Fed...