Teymur Rəcəbov turniri qələbə ilə başa vurdu
04
iyl
2022
21:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində sonuncu görüşünü keçirib.
35 yaşlı qrossmeyster XIV turda qara fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Görüş 33-cü gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, rusiyalı Yan Nepomnyaşi əvvəlki turda yarışın qalibi olub və şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşəcək.
Oxşar xəbərlər
İddiaçılar turniri: Rəcəbov Nepomnyaşi ilə heç-heçə etdi
İspaniyanın paytaxtı Madriddə azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri davam edir. Şahmatçımız 10-cu turda turnirin lideri Yan...