Teymur Rəcəbov 1/4 finala vəsiqə qazandı
28
dek
2020
22:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın üçüncü günündə 3 qarşılaşma keçirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Pentala Harikrişna (Hindistan) ilə üz-üzə gələn Rəcəbov bütün görüşləri heç-heçə ilə başa vurub.
Xal hesabını 6-ya çatdıran 33 yaşlı şahmatçı ilkin mərhələdə 5-ci pilləni tutaraq, 1/4 finala vəsiqə qazanıb. .
Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.
Oxşar xəbərlər
Teymur Rəcəbov yenidən Levon Aronyanla oynayacaq
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov onlayn blits şahmat turnirində çıxış edəcək. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz “Airthings Mast...