Ter Ştegen "Barselona"dan "Ayaks"a keçir
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Niderlandda davam etdirməyə yaxındır.
BAKU.WS xəbər verir ki, təcrübəli qolkiperin yaxın günlərdə "Ayaks"ın futbolçusu kimi təqdim ediləcəyi gözlənilir.
Məşhur insayder Fabrizio Romanonun yaydığı məlumata görə, alman qapıçının iyulun 31-də Niderlanda yollanması planlaşdırılıb. O, avqustun 1-də tibbi müayinədən keçəcək və bundan sonra "Ayaks"la rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, bir müddət əvvəl tərəflər arasında aparılan danışıqların dalana dirəndiyi və transferin baş tutmaya biləcəyi barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, "Barselona" ilə "Ayaks" arasında ter Ştegenin maaşının ödənilməsi ilə bağlı fikir ayrılığı yaranıb və bu, transfer prosesini çətinləşdirib.
Lakin son məlumata əsasən, tərəflər razılığa gəlib və transferin rəsmiləşdirilməsi üçün son prosedurlar həyata keçirilir.
Oxşar xəbərlər
Bəhlul yenə əməliyyat olundu - Nə vaxt yaşıl meydana çıxacaq?
"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu əməliyyat olunub və 4 həftə so...