Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa millisinin və PSJ klubunun sabiq baş məşqçisi Loran Blan "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi olan Yunanıstan "Olimpiakos"una rəhbərlik edə bilər.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira özünün şəxsi tviter hesabında bildirib.
Onun sözlərinə görə, Pirey təmsilçisinin əsas məqsədi 57 yaşlı mütəxəssisi bu posta gətirməkdir. Fransalı baş məşqçi ilə 2 illik müqavilənin imzalanacağı gözlənilir.
O bu postda Karlos Korberanı əvəzləyəcək.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
Oxşar xəbərlər
"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqladı
UEFA Avropa Liqasının G qrupunda "Qarabağ"ın rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubunun iştirak ərizəsi açıqlanıb. BAKU.WS "Report"a istinadən xəbər...