Tanınmış məşqçinin oğlu vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış məşqçi Nadir Qasımova ağır itki üz verib. Mütəxəssisin oğlu Ələsgər Qasımov 42 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev danışıb.
O bildirib ki, Ə. Qasımov uzun müddətdir ağciyərlərində olan xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Nadir Qasımov “Muğan”, MKT Araz klublarında çalışıb. 72 yaşlı çalışdırıcı 2004/2005-ci illərdə Azərbaycan yığma komandasında Karlos Alberto Torresin köməkçisi olub. Daha sonra o, birinci divizionda “Şuşa Qarabağ” klubunu çalışdırıb.
Nadir Qasımov özü də bu yaxınlarda koronavirusa yoluxmuşdu və o, xəstəlikdən sağalmışdı.
Oxşar xəbərlər
Olimpiadada qızıl medal qazansam, bəlkə idmanı ataram - Hacı Əliyev
Azərbaycanın sərbəst güləş üzrə milli komandasının kapitanı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim...