Tanınmış FIFA referisi infarkt keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniyalı FIFA referisi Ovidiu Hatseqan infarkt keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu hadqa "GSP.ro" saytı məlumat yayıb.
Qeyd edilib ki, 42 yaşlı hakim təcili əməliyyat olunub.
Hatseqan bir gün əvvəl döş qəfəsində şiddətli ağrı hiss edib və xəstəxanaya aparılıb. Həkimlər isə ona infarkt diaqnozu qoyublar.
Hazırda ədalət təmsilçisinin vəziyyəti stabildir və ən azı həftənin sonunadək xəstəxanada qalacaq. Referinin fiziki məşqlərdən sonra özünü pis hiss etdiyi vurğulanıb.
Məlumat üçün bildirək ki, Ovidiu Hatseqan cari mövsüm, UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası da daxil olmaqla, ümumilikdə 28 oyun idarə edib.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...