İtaliya millisinin baş məşqçisi istefaya göndərildi
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini istefaya göndərilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Millinin yeni çalışdırıcısının yaxın bir neçə gün ərzində təqdim olunacağı bildirilib.
Xatırladaq ki, Mançini 2018-ci ildən İtaliya millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2021-ci ildə Avropa çempionatının qalibi olub. Həmçinin İtaliya yığması iki dəfə (2021, 2023) Millətlər Liqasının bürünc medalını qazanıb, lakin DÇ-2022-yə vəsiqə əldə edə bilməyib.2024-cü il Avropa çempionatının seçmə turnirində italyanlar iki görüşdən birində qələbə qazanıb, digərində məğlubiyyətlə üzləşiblər.
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...