Taekvondo millimizin bir illik fasilədən sonra ilk medalı
10
mar
2021
21:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulda keçirilən ənənəvi “Turkish Open” turnirinin ilk günündə taekvondo millimizin bir üzvü qızıl medal qazanıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu, İran əsilli idmançımız Milad Beiqidir. Hələ ki Olimpiadada iştirakı rəsmiləşmiş yeganə taekvondoçumuz olan Milad 87 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub.
Bu gün mübarizəyə qoşulmuş digər beş taekvondoçumuz isə medalsız qalıb.
Qeyd edək ki, sabah və birisigün də taekvondoçularımız yarışda qüvvəsini sınayacaq.
Oxşar xəbərlər
Taekvondoçularımızı uzun fasilədən sonra gözləyən ilk yarış
Taekvondo millimiz uzun fasilədən sonra bu ay yarışa çıxa bilər. BAKU.WS xəbər verir ki, 20-21 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində ənənəvi “Turkis...