"Sumqayıt" azarkeşləri ilə Rəşad Sadıqov arasında gərginlik baş verib
14
sen
2018
22:58
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun açılış oyununun sonlarında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov və "Sumqayıt" azarkeşləri arasında gərginlik baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna 36 yaşlı müdafiəçinin əlinin son saniyələrdə cərimə meydançası daxilində topa toxunması səbəb olub.Həmin epizodda top yerə yıxılan Sadıqovun əlindən meydanı tərk edib. Baş hakim İnqilab Məmmədovun penalti təyin etməməsindən qəzəblənən qapı arxasındakı "Sumqayıt" azarkeşləri təcrübəli oyunçuya etirazlarını bildiriblər. Onların etirazları oyundan sonra da davam edib. Bu zaman Sadıqov "Sumqayıt"ın bir neçə futbolçusu ilə birgə həmin fanatlara yaxınlaşaraq, onlardan sakit olmalarını xahiş edib. O, epizodda qayda pozuntusuna yol vermədiyini də izah etməyə çalışıb.Qeyd edək ki, baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.BAKU.WS
Oxşar xəbərlər
“Qarabağ”dan çətin qələbə
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.Millətlər Liqası ilə əlaqədar ölkə çempionatında yaranmış fasilədən sonra keçirilən açılış matçın...