Suares və Messi yenidən eyni klubda oynayacaq - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona"nın keçmiş ulduzları Amerikada görüşür.
BAKU.WS xəbər verir ki, Messi, Buskets və Xordi Albanın oynadığı MLS komandası "İnter Mayami" də uruqvaylı hücumçu Luis Suaresi transfer etmək üçün hərəkətə keçib.
Ortaqları arasında Devid Bekhemin də olduğu “çəhrayı-qaralar” 2014-2020-ci illər arasında "Barselona"da çıxış edən uruqvaylı futbolçu üçün səylərini sürətləndirib.
Braziliya mətbuatında yer alan xəbərə görə, Suayres ara transfer dövründə keçmiş komanda yoldaşlarının yanına gedəcək.
Qeyd edək ki, 2022-ci ilin dekabr ayından etibarən “Gremio”ya transfer olan uruqvaylı burada 46 oyunda 19 qol, 16 asistlə yadda qalıb.
Qalereya
Oxşar xəbərlər
"İnter Mayami"də Messi fərqi - Ardıcıl üçüncü dubl
Ötən gecə baş tutan "İnter Mayami" "Dallas" oyununda argentinalı ulduz Leonel Messi növbəti dəfə baxımlı qollara imza atıb. BAKU.WS xəbər verir ki, matçın əsas...