Luis Suares Devid Bekhemin klubu ilə razılaşdı
26
apr
2022
17:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Atletiko”nun hücumçusu Luis Suares karyerasını ABŞ-da davam etdirəcək.
BAKU.WS Apasport.az-a istinadla xəbər verir ki, Uruqvay millisinin forvardı “İnter Mayami”yə keçməyə razılıq verib.
35 yaşlı futbolçunun madridlilərlə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, MLS klubuna azad agent kimi keçəcək. Suares əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin klubu ilə 2 illik sözləşməni razılaşdırıb.
Qeyd edək ki, Luis Suares bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 13 qol, 2 assistlə yadda qalıb.
Oxşar xəbərlər
Azərbaycanda oynayıb, erməni klublarında karyeralarını davam etdirənlər - ADLAR
Millimizdə oynamış futbolçu Məhəmməd Musalov iki gün əvvəl Ermənistanın “Pünik” komandasına keçib. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, “Vikipediya”nın ən...