SON DƏQİQƏ - UEFA Danimarka - Finlandiya matçı ilə bağlı qərarını açıqladı

SON DƏQİQƏ - UEFA Danimarka - Finlandiya matçı ilə bağlı qərarını açıqladı
İdman 435

AVRO-2020-nin B qrupunun Danimarka - Finlandiya matçı ilə bağlı qərar açıqlanıb.

BAKU.WS UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:30-da qaldığı yerdən - 41-ci dəqiqədən davam etdiriləcək.

Əvvəlcə birinci yarının qalan 4 dəqiqəsi oynanılacaq. 5 dəqiqəlik fasilədən sonra isə ikinci hissə başlayacaq.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçında xoşagəlməz hadisə baş verib. ilk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb. Bundan sonra görüş dayandırılıb. Qarşılaşmada hesab açılmayıb.

Danimarka – Finlandiya matçının 42-ci dəqiqəsində huşunu itirən Kristian Eriksenə görə matçın təxirə salınması barədə qərar verilib.

Oxşar xəbərlər

Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır

Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır

2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...

1381 İdman 20:37 19 oktyabr 2020

Son xəbərlər