SOCAR "Fənərbağça" ilə bağlı sponsorluq iddialarını təkzib edib

SOCAR Fənərbağça ilə bağlı sponsorluq iddialarını təkzib edib
İdman 448

Türkiyə mətbuatında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Fənərbağça" klubu ilə sponsorluq iddiaları yenidən gündəmə gətirilib.

Qurumdan "Report"un sorğusuna cavab olaraq yayılan iddiaların əsassız olduğu bildirilib. İstanbul təmsilçisinin idarə heyətinin üzvü Sərtaç Komsuoğlunun SOCAR rəsmisi Fuad İbrahimovla görüşünün enerji məsələləri ilə bağlı olduğu vurğulanıb. "Fənarbağça" klubunun idarə heyətində yer alan Komsuoğlu enerji sahəsində çalışır. O, F. İbrahimovla mütəmadi olaraq enerji sahəsinə görə görüşlər keçirir".

Qeyd edək ki, noyabr ayında SOCAR-ın klubla müqavilə imzalayacağı yenidən gündəmə gəlib və şirkətin 15 illik müqavilə qarşılığında Türkiyə təmsilçisinə ad sponsorluğu üçün 450 milyon avro ödəyəcəyi iddia edilib. Lakin daha sonra klub və şirkət bu iddiaları təkzib edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Fənərbağça"nın oyunçusu "Neftçi"də

"Fənərbağça"nın oyunçusu "Neftçi"də

"Neftçi” PFK transfer çalışmalarını davam etdirir.BAKU.WS-in klubun saytına istinadən verdiyi məlumata görə, gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə b...

981 İdman 19:51 03 yanvar 2019

Son xəbərlər