Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan təmsilçiləri İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında Avropa ikincisi olublar.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Qeyd edilib ki, Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıblar.
Qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda ölkəni iki idmançı təmsil edib.
Xatırladaq ki, Z.Məmmədzadə və N.Paşayev Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...