Slovakiyalı hücumçu Azərbaycan klubu ilə müqavilə bağladı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərreyl” klubu yeni mövsüm üçün ilk transferini edib.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, slovakiyalı hücumçu Romana Hudetsova ilə müqavilə imzalayıb.
Müqavilənin müddəti növbəti mövsümün sonunadək nəzərdə tutulub.
27 yaşlı hücumçu Slovakiya millisinin üzvüdür. O, üç dəfə Slovakiya çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb. Son oynadığı komanda Türkiyə ikinci liqasında çıxış edən Ankaranın “Astor” klubu olub.
“Azərreyl”in baş məşqçisi Onat Kurt bu transfer barədə danışarkən onu tərifləyib:
“Hesab edirik ki, Romana bizə böyük xeyir verəcək. Onun enerjili sıçrayışı, servisdə və hücumda topla əla rəftarı var”.
Qeyd edək ki, “Azərreyl” 2020/21 mövsümündə Azərbaycanı “Challenge Cup” turnirində təmsil edəcək.
Qalereya
Oxşar xəbərlər
Klub prezidenti Şeydayevin transferi barədə: “Sabah”la müqavilə onun Avropaya yolunu bağlamır”
“Sabah” klubunun Azərbaycan millisinin əsas üzvlərindən Ramil Şeydayevi heyətinə cəlb etməsi bir qədər gözlənilməz olub. BAKU.WS Oxu.Az-a istinadla xəbər verir...