Slovakiya yığmasının baş məşqçisi: "Azərbaycan komandası çox yaxşıdır"
Azərbaycan komandası çox yaxşıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Slovakiya yığmasının baş məşqçisi Françesko Kalzona Millətlər Liqasında baş tutacaq Azərbaycanla matçdan öncə keçirilən mətbuat konfransında bildirib.
Mütəxəssis Azərbaycan millisinin təhlükəli olduğunu deyib:
"Fiziki cəhətdən çox yaxşı oyunçulara sahibdir. Keçidlərdən lazımi şəkildə istifadə edirlər. Bu mövsüm Millətlər Liqasına yaxşı başlamadılar. Amma öz meydanlarında oynayarkən güclü olurlar. Keçən il İsveç yığmasına qalib gəlmişdilər. Çox təhlükəlidirlər. Ona görə də əlimizdən gələnin ən yaxşısını etməliyik ki, sabah Azərbaycandan qələbə ilə ayrılaq".
F.Kalzona yığmanın baş məşqçisi Fernandu Santuşu bəyəndiyini vurğulayıb:
"Bilirik ki, onların gücü indi göstərdiklərindən daha çoxdur. Əminəm ki, sabah çox yaxşı oyun nümayiş etdirəcəklər. Diqqətli olmalıyıq. Mentalitetimiz bizə hər oyun qələbə qazanmağa diqtə edir. Azərbaycan komandasına böyük hörmətimiz var. Bilirik ki, əvvəllər bizə qarşı oyunda qələbə qazanıblar. Hazırda rəqibin çox yaxşı və təcrübəli baş məşqçisi var. Hansı ki, onu bəyənirəm. Buraya qələbə üçün gəlmişik. Sabah da edəcəyimiz bu olacaq".
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
Premyer Liqa: "Zirə" növbəti qələbəsini qazanıb
"Zirə" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb. "Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv XII turda "Şamaxı"nın qonağ...