İslamiada: Azərbaycan idmançıları 10 növdə mübarizə aparacaqlar

İslamiada: Azərbaycan idmançıları 10 növdə mübarizə aparacaqlar
İdman 55

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 9-cu günə start veriləcək.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri 10 idman növündə qüvvəsini sınayacaq.

Ağırlıqqaldırma (kişilər)A qrupu11:30. Paşa İbrahimli (73 kq)B qrupu13:00. Füqan Əliyev (81 kq)

Güləş (yunan-Roma və qadın güləşi)Təsnifat - 12:30. Finallar - 18:30.Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq)Qadın güləşi: Jalə Əliyeva (57 kq)

Həndbol (qadınlar)yarımfinal14:00. Azərbaycan - Özbəkistan

Voleybol (kişilər)B qrupu17:00. Azərbaycan - Mərakeş

Basketbol 3x3 (kişilər)C qrupu17:20. Mali - Azərbaycan22:00. Azərbaycan - Türkiyə

Bədii gimnastikaFərdi və komanda sıralama, təsnifat və finallar15:00. Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova və Azərbaycanın qrup hərəkətlərindən ibarət komandası

Aerobika gimnastikasıKişilər və qadınlar11:00. Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyeva

Para-oxatma (qadınlar)15:00. Azadə Abdullayeva

Velosiped10:00. Kişilər və qadınlarQadınlar, 100 km: Viktoriya Sidorenko və Lalə ƏbdürəhmanovaKişilər, 130 km: Elçin Əsədov, Musa Mikayılzadə, Elvin Əlizadə, Şahin Eyvazov, Nəcəf Bağırov və Əli Qurbanov

ÜzgüçülükTəsnifat - saat 11:00, yarımfinallar və finallar - 18:00100 m. batterflay, kişilər: Ramil Vəlizadə50 m. brass, qadınlar: Ayan Kələntərova50 m. brass, kişilər: Vəli İsrafilov200 m. individual qarışıq, qadınlar: Ayan Kələntərova4x100 m. sərbəst, kişilər: Rəşad Alquliyev, Vəli İsrafilov, Əbdürrəhman Rüstəmov, Nihat Yusubov800 m. sərbəst, qadınlar: Aysel Səfərova

Qeyd edək ki, ilk səkkiz günün nəticəsinə əsasən, Azərbaycan yeddi qızıl, 12 gümüş və 14 bürünc medal qazanıb. Ölkə medal sıralamasında bu nəticə ilə Türkiyə, İran, Özbəkistan və Qazaxıstandan sonra 5-ci yerdədir.

Son xəbərlər