Şəhriyar Məmmədyarov FIDE Qran-prisində çempion olub

24
iyl
2019
21:59
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Latviyanın paytaxtı Riqada keçirilən FIDE Qran-prisində çempion olub. BAKU.WS-in məlumatına görə, 34 yaşlı qrossmeyster final mərhələsinin tay-breykində fransalı Maksim Vaşye-Laqravı məğlub edib - 4:3. Məmmədyarov final mərhələsinin birinci görüşündə rəqibinə qalib gəlsə də, ikinci dueldə uduzmuşdu. Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avrodur.
Oxşar xəbərlər
Məmmədyarov "Sinquefield Cup" turnirində yenə heç-heçə edib
Bu gün ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup" turnirinin 7-ci turu keçirilib.“Report” xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu dəfə r...
