“Şəhidlərin videolarına baxırıq, çox ağırdır” - Şahruddin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın “Nant” komandasına qarşı keçirdikləri oyunu şərh edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Əlbəttə, qalib gəlmək xoşdur. Amma son günlərdə çoxlu şəhid vermişik. Buna görə tam sevinə bilmirik. Çünki bu hadisələr bizə çox pis təsir edir. Şəhidlərin analarının, həyat yoldaşlarının, valideynlərinin, övladlarının videolarına baxırıq, çox ağırdır. Bu matça hazırlaşmaq psixoloji cəhətdən çox çətin idi”.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb - FOTO/VİDEO - YENİLƏNİB
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib. BAKU.WS xəbər verir ki, rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qəl...