Şahruddin qayıdır

Azərbaycan milli komandasının və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev oktyabrda məşqlərə başlayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a 30 yaşlı qolkiperin özü məlumat verib.
Cari mövsümün əvvəlində Ağdam təmsilçisinə transfer olunan əlcək sahibi məşq sırasında zədələnərək sıradan çıxması barədə danışıb:
"Hər şey yaxşıdır, ağrılarım yoxdur. Sadəcə, məşq zamanı əlimdən zədə almışam. İnşallah, oktyabrdan məşqlərə qoşulacağam. Allaha şükürlər olsun ki, bu dəfə əməliyyat olunmadan sağalıram".
Qeyd edək ki, Ş.Məhəmmədəliyev ötən mövsümü Türkiyə Superliqa təmsilçisi "Adana Dəmirspor"un heyətində keçirib.
Oxşar xəbərlər
Şahruddin Məhəmmədəliyev ”Adana Dəmirspor”la vidalaşıb- FOTO
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandası ilə yollarını ayırıb. BAKU.WS xəbər verir ki, bu barədə qapıçı öz...
