Şahmat millimiz Olimpiadada liderdir - FOTO

Şahmat millimiz Olimpiadada liderdir - FOTO
Foto
İdman 110

Onlayn Şahmat Olimpiadasında millimiz yer aldığı B qrupunda turnir cədvəlinə başçılıq edir.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, dünən Niderlanda 3,5:2,5, Macarıstana 5:1 və CAR-a 5,5:0,5 hesablarına qələbə qazanan komandamız altı xal toplayıb.

Üç turun nəticəsinə əsasən maksimum xal toplayan yeganə komanda yığmamız olub. Hazırda millimizi turnir cədvəlində beş xalla Ukrayna izləyir.

Yığmamız bu gün daha üç turun görüşlərini keçirəcək. Komandamız Ukrayna, Slovakiya və Qazaxıstan yığmaları ilə üz-üzə gələcək.

Xatırladaq ki, qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

18 ildən sonra - STATİSTİKA

18 ildən sonra - STATİSTİKA

AVRO-2020-nin seçmə mərhələsinin son turunda keçiriləcək Slovakiya – Azərbaycan oyunu iki komanda arasında 8-ci matç olacaq. BAKU.WS "apasport.az"a istinadən xə...

562 İdman 16:30 18 noyabr 2019

Son xəbərlər