Şahin Diniyev: "Neftçi" qol vəziyyəti yarada bilmirdi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Rəqib qol vəziyyəti yarada bilmirdi".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın II tur oyunundan sonra mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis matçın gərgin alındığını bildirib: "Hər iki komanda qalib gələ bilərdi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Komandamız yeni qurulur. Adaptasiya üçün vaxt lazımdır. Ötən oyundakı səhvləri bu gün etmədik. Əks-hücumlarda rəqibi yaxalamaq istəyirdik və buna nail olduq. Hesab oyuna görə oldu".
Ardıcıl ikinci turda qapılarına penalti təyin olunmasına toxunan çalışdırıcı təəssüfünü gizlətməyib: "Kənardan baxanda bu oyunda da 11 metrlik cərimə zərbəsi yox idi. Baş hakim VAR-a belə baxmadı. Bizim taleyimiz budur, artıq qəbul etmişik. Çətin də olsa, vuruşacağıq".
O, referinin qərarında şikayət etməyəcəklərini söyləyib: "Nə dəyişəcək? Ötən oyunda da olmuşdu. Onsuz da 2 xal gedib. Kenni Sayef topa açıq ayaqla girmişdi. Bu epizod "Neftçi"də olsaydı, fərqli qərar verilərdi".
Oxşar xəbərlər
Fərrux Mahmudov: “Neftçi”ni layiq olduğu yerə gətirməyi düşünürük, qazanc əldə etməyi yox” - MÜSAHİBƏ + FOTO
“Uzunmüddətli planımız odur ki, “Flaqman” adı “Neftçi”yə qayıtsın. 1937-ci ildə yaradılan klubdur. Flaqman bu olmalıdır. Ayrı klubu flaqman kimi görmürəm”. BAKU...