Sərdar Azmun: "Türklər mənim canımdır" - VİDEO

Sərdar Azmun: Türklər mənim canımdır - VİDEO
Video
İdman 130

Qətərdə keçirilən dünya çempionatında Uels və İran yığmaları arasında baş tutan oyundan sonra İran millisinin oyunçusu Sərdar Azmun mətbuata maraqlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, Türkiyə mətbuatına danışan futbolçu türkmən olduğunu bildirib.

Daha sonra futbolçu türkləri çox sevdiyini vurğulayıb.

Juranlistin "Türkiyədə oynamaq istəyərsənmi" sualına cavabı isə belə olub:

"Türklər mənim canımdır. "Fənərbaxça"nı çox sevirəm, amma indi "Bayern"də oynamaq lazımdır.

Qeyd edək ki, Sərdar Azmun Bundesliqa klubu "Bayer" Leverkuzen və İran milli komandasında hücumçu kimi çıxış edən iranlı peşəkar futbolçudur. O, Əlireza Cahanbaxşdan sonra bütün zamanların ən bahalı ikinci iranlı oyunçusudur. UEFA Çempionlar Liqası oyununda isə qol vuran ən gənc iranlıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər