"Selta"nın stadionunu su basdı - VİDEO

Seltanın stadionunu su basdı - VİDEO
Video
İdman 212

İspaniyanın "Selta" klubunun ev oyunlarını keçirdiyi "Balaidos" stadionu leysan yağışlar səbəbindən su altında qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Bildirilir ki, əsas səbəb çay sularının daşması olub.

Hadisə nəticəsində tribuna altı tunellərə, paltardəyişmə otaqlarına, mağazaya, klub ofisinə, eləcə də stadionun yanında yerləşən avtomobil dayanacağına ziyan dəyib.

Qeyd edək ki, dekabrın 30-da La Liqanın 15-ci turunun matçında "Selta" doğma meydanda "Sevilya" ilə qarşılaşmalıdır. Hazırda klub rəhbərliyi görüşün təxirə salınmasının vacibliyi barədə məlumat verməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər