Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə uğurlu start götürüb
18
apr
2025
09:43
Almaniyanın Karlsrue şəhərində keçirilən "Grenke Chess" festivalına start verilib.
BAKU.WS-in məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov festival çərçivəsində təşkil olunan "Freestyle Chess Open" turnirində ilk qarşılaşmasını keçirib. Təcrübəli qrossmeyster yerli şahmatçı Sebastyan Laemmel üzərində inamlı qələbə qazanıb.
Turnirdə digər təmsilçilərimiz də uğurla çıxış ediblər. Məhəmməd Muradlı almaniyalı rəqibi Gergel Mannı məğlub edib. Eltac Səfərli isə isveçrəli Qabriel Fernandesə üstünlük qazanaraq turu qələbə ilə başa vurub.
Oxşar xəbərlər
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Prezident İlham Əliyevin cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkədə cüdoya veril...