Şarl Lekler Böyük Britaniya Qran-prisinin qalibi oldu
Yeniliklərdən dərhal xəbərdar olun
"Ferrari" komandasının pilotu Şarl Lekler "Formula-1" üzrə 2026-cı il mövsümünün doqquzuncu mərhələsi olan Böyük Britaniya Qran-prisinin qalibi olub.
BAKU.WS xəbər verir ki, "Silverstoun" avtodromunda keçirilən yarışda monakolu pilot finiş xəttini hamıdan əvvəl keçərək qələbə qazanıb.
Yarışın ikinci pilləsində "Mercedes"in britaniyalı pilotu Corc Rassell qərarlaşıb. İlk üçlüyü isə digər britaniyalı sürücü, "Ferrari"nin təmsilçisi Lyuis Hemilton tamamlayıb.
Qeyd edək ki, "Formula-1" üzrə dünya çempionatının növbəti - onuncu mərhələsi Belçika Qran-prisi olacaq. Yarış həftəsonu iyulun 17-19-da keçiriləcək.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...