"Santyaqo Bernabeu" ətrafında həyəcanlı ANLAR: Təşviş yaşandı - FOTO

Santyaqo Bernabeu ətrafında həyəcanlı ANLAR: Təşviş yaşandı - FOTO
İdman 134

"Real Madrid"in "Santyaqo Bernabeu" stadionunun ətrafında aparılan işlər zamanı qaz sızması baş verib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı təşviş yaşanıb.

Qeyd olunur ki, köhnə stadionun dayanacağı olan ərazidə qaz borusu deşilib. Səhər saatlarında baş verən hadisə ilə əlaqədar bütün ərazilər və ictimai binalar boşaldılıb.

Qatarlar "Nuveo Nazirios" və "Cuzco" metro stansiyaları arasında dayanmadan səyahətlərini davam etdiriblər. Bir müddət sonra nəqliyyat xidməti dayandırılıb. Ərazidəki metro stansiyası bağlanıb. Yollar iki kilometr piyada və avtomobillərin hərəkəti üçün bağlanıb.

Saat yarım davam edən iş nəticəsində boru təmir olunarkən baş verə biləcək fəlakətin qarşısı alınıb. Xəsarət alan və zəhərlənənlərin olmadığı açıqlanıb.

Son xəbərlər