"Santyaqo Bernabeu"da gərginlik: Haalandın atası stadiondan qovuldu - VİDEO

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Santyaqo Bernabeu" stadionunda keçirilən "Real Madrid" - "Mançester Siti" qarşılaşmasında qalmaqal baş verib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Mançester Siti"nin norveçli ulduz hücumçusu Erlinq Haalandın atası Olf-İnq Haaland ilə "kral klubu" azarkeşləri arasında gərginlik yaşanıb.
Olf-İnq stadionun təhlükəsizliyinin müşayiəti ilə VIP bölmədən çıxarılıb.
Qeyd edilir ki, Haalandın atası "Real Madrid" azarkeşlərini şifahi təhqir etdiyinə və hətta onlara yemək atdığına görə qovulub.
İspan jurnalistinin iddiasına görə, tərəflər arasındakı gərginliyi Olf-İnq başladıb.
Xatırladaq ki, İspaniyanın paytaxtı Madriddə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Cavab oyunu mayın 17-nə təyin edilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
