"Santyaqo Bernabeu"nun yenidən qurulması "Real"a baha başa gəldi

İspaniya nəhəngi "Real Madrid"in ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu"nun yenidən qurulması üçün xərclədiyi məbləğ bəlli olub.
BAKU.WS xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.
Stadionunun təmiri üçün sərf edilən məbləğ 1,76 milyard avrodur.
Stadionun yenidən qurulmasının dəyəri faiz ödənişləri nəzərə alınmadan 1,17 milyard avro təşkil edir.
Amma bu pul hər birinin öz faiz dərəcəsi olan üç kreditlə maliyyələşir. Nəticədə məbləğ 1,76 milyarda çatır.
"Santyaqo Bernabeu"nun təmirinə 2019-cu ildə başlanılıb. İşlərin bu ilin yayınadək başa çatdırılması planlaşdırılır.
Stadionun rəsmi açılışı mayın sonu və ya iyunun əvvəlinə planlaşdırılır.
Oxşar xəbərlər
"Real Madrid"də Arda Güler transferinin pərdəarxası: 16 mart 2023-cü il matçı...
Türkiyə millisinin üzvü Arda Gülerin "Fənərbağça"dan İspaniya nəhəngi "Real Madrid"ə transferinin pərdəarxası prosesi üzə çıxıb. BAKU.WS xəbər verir ki, bu barə...
