"Şamaxı" – "Qarabağ" oyununun başlama saatı dəyişdirilib

Şamaxı – Qarabağ oyununun başlama saatı dəyişdirilib
Video
İdman 320

Güclü qar səbəbindən Misli Premyer Liqasının XIX turunda keçirilməli olan "Şamaxı" – "Qarabağ" oyununun başlama saatı dəyişdirilib.

Bu barədə BAKU.WS-ə Peşəkar Futbol Liqasından məlumat verilib.

Bildirilib ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.

***12:13

Bu gün keçiriləcəyi planlaşdırılan "Şamaxı" – "Qarabağ" oyunu sual altına düşüb.

BAKU.WS xəbər verir ki, Şamaxı şəhər stadionunda hazırkı vəziyyət bunu deməyə əsas verir.

Stadion tamamilə qarla örtülüb. Meydança və tribunalar ağ örpəyə bürünüb, ot örtüyünün görünməməsi oyunun normal şəraitdə keçirilməsini çətinləşdirir.

Görüntülərdən aydın olur ki, meydança oyun üçün hazır vəziyyətdə deyil.

Qeyd edək ki, qarşılaşmanın saat 14:30-da başlaması nəzərdə tutulub. Lakin mövcud hava şəraiti və meydançanın durumu nəzərə alınaraq, oyunun təxirə salına bilər.

Son xəbərlər