Salahın evi qarət edilib

Salahın evi qarət edilib
İdman 180

"Liverpul"un misirli hücumçusu Məhəmməd Salahın Misirin paytaxtı Qahirə şəhərindəki evi qarət edilib.

BAKU.WS-in məlumatına görə, bu barədə "Goal" nəşri xəbər verir.

Mənbənin məlumatına görə, hadisə barədə futbolçunun qardaşı oğlu məlumat verib. O, evin yanından keçəndə pəncərələrin açıq və evin dağınıq vəziyyətdə olduğunu görüb.

Ulduz futbolçunun evindən oğurlanan əşyaların siyahısı açıqlanmayıb.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şahidləri dindirir və müşahidə kameraları yoxlanılır.

Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"da 2017-ci ildən çıxış edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər