Salah "Liverpul"dan ayrılacağını açıqladı

Salah Liverpuldan ayrılacağını açıqladı
İdman 45

Mohamed Salah "Liverpul"dan ayrılacağını açıqlayıb.

BAKU.WS xəbər verir ki, "Sky Sports" məlumat yayıb.

"Təəssüf ki, bu gün gəlib çatdı. Bu, mənim vidamın ilk hissəsidir: mövsümün sonunda "Liverpul"dan ayrılacağam. Etiraf edim ki, bu klubun, bu şəhərin və insanların həyatımda bu qədər dərin iz qoyacağını heç vaxt təsəvvür etməzdim. "Liverpul" sadəcə futbol klubu deyil. Bu, ehtiras, tarix və bu ailənin bir hissəsi olmayanlara izah edilməsi çətin olan xüsusi bir ruhdur.

Biz birlikdə qələbələri qeyd etdik, vacib titullar qazandıq və ən çətin anlarda bir-birimizi dəstəklədik. Klubdakı yolum boyunca yanımda olan hər kəsə - həm indiki, həm də keçmiş komanda yoldaşlarıma və əlbəttə ki, inanılmaz azarkeşlərimizə - ürəkdən təşəkkür edirəm…

Karyeramın həm ən yaxşı, həm də ən çətin anlarında göstərdiyiniz dəstəyə görə minnətdarlığımı ifadə etməyə söz tapmıram. Bu, həmişə mənimlə qalacaq. Ayrılmaq asan deyil. Siz mənə həyatımın ən parlaq anlarını yaşatdınız. Mən həmişə sizdən biri olaraq qalacağam, bu klub isə mənim və ailəm üçün ev olaraq qalacaq. Hər şeyə görə çox sağ olun.

Sizin sayənizdə mən heç vaxt tək olmayacağam", - deyə Salahun sözlərini "Sky Sports" sitat gətirir.

Hazırda "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 33 turdan sonra topladığı 55 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Mohamed Salah 2017-ci ildən bu klubda çıxış edir. 2025/2026 mövsümündə hücumçu bütün turnirlərdə 38 oyunda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt məlumatına görə, misirli futbolçunun hazırkı bazar dəyəri 30 milyon avrodur.

Son xəbərlər