Sabahdan Bakıda Azarkeş Festivalı başlayır
24
may
2019
20:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu çərçivəsində Azarkeş Festivalı təşkil olunacaq.BAKU.WS xəbər verir ki, Azarkeş Ferstivalı Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunub və mayın 25-dən mayın 29-na qədər fəaliyyət göstərəcək. Mayın 25-də məşhur futbolçular ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldo Azarkeş Festivalının qonağı olacaq.Festivalda balacaların əyləncəsi də nəzərdə tutulub. Uşaqlar üçün ayrılmış zonada azyaşlılar yumşaq qalanın üzərində tullana, öz üzlərinə rənglətdirə və zərbə yarışlarında bacarıqlarını nümayiş etdirə, həmçinin böyüklər müxtəlif oyunlara qatılaraq, hədiyyələr qazana bilərlər.Festival günləri və iş saatları:25-27 may: 14:00 - 22:0028 may: 12:00 - 22:0029 may: 10:00 - 22:00Giriş hər kəs üçün pulsuzdur.
Oxşar xəbərlər
"Çelsi" və "Arsenal"ın Bakıda qalacağı otellər məlum oldu
Bakıda keçiriləcək Avropa Liqasının final oyununda "Çelsi"nin sahibi Roman Abrahimoviçin də iştirakı gözlənilir.BAKU.WS qol.az-a istinadən xəbər verir ki, rusiy...