"Sabah" və "Qarabağ"ın çempionat oyunları təxirə salındı
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının 2-ci turunun oyun cədvəli məlum olub.
BAKU.WS xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, turun bütün görüşləri "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq. Matçlar 22 və 23 avqust tarixlərində keçiriləcək.
Qeyd olunub ki, ölkəmizi müvafiq olaraq UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında təmsil edən "Sabah" və "Qarabağ" klublarının rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq, "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" oyunlarının təxirə salınması barədə qərar qəbul edib.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...